|
所在平台: Udemy |
课程主页: https://www.udemy.com/course/online-excel-mektebi-2023/
课程评论:没有评论
课程名称:在线Excel学校(阿塞拜疆语) 课程概述: 这门课程旨在帮助学员掌握Excel在日常工作中的实用技能,无需编写宏代码。讲师拥有15年的工作经验和10年的Excel教学经验,通过分析大量实际工作中的痛点,精心设计了本课程。学员将学到如何自动化日常工作、制作更专业和有说服力的演示文稿、掌握高级Excel技巧、丰富的快捷键组合,以及一键更新例行工作内容等。课程的视频和练习文件都经过精心安排,以确保学员的最大便利。讲师强调,Excel只是一个起点,在技术日新月异的时代,持续学习和进步至关重要。本课程将为学员展示学习的道路和工具,但最终的实践和进步还需要学员自身的努力。 课程大纲:未提供。
Əziz Təlim İştirakçısı!Excel təlimimə xoş gəlmişsiniz! 15 illik yerli və beynəlxalq mühitdəki iş həyatı, 10 illik Excel təlimi və yüzlərlə yazı və məqalələrimdən sonra (www*excel*az), professional iş həyatında qarşılaşılan əsas problemlərin nə olduğunu daha açıq şəkildə görürəm. Praktikadakı bütün bu çətinlikləri də nəzərə alaraq hazırlamış olduğum bu təlimdə, gündəlik iş həyatınızda sizə lazım olacaq bütün məlumatlara yiyələnəcəksiniz. Hər Excel təlimimə başlamadan öncə rastlaşdığım "Mövzular arasında macros da var?" sualını siz də verirsinizsə, cavabım "xeyr" olacaqdır, çünki kod və macros olmadan da, Excel o qədər imkana sahibdir ki! Kod yazmadan rutin işlərinizi nə qədər qısalda biləcəyinizi kaş ki bilsəniz!Və məhz bu səbəblə, bu təlimi bitirdikdən sonra, kod yazmadan işlərin avtomatlaşdırılması, təqdimatların daha professional və inandırıcı hazırlanması, irəli səviyyəli Excel hiylələri, saysız qısayol kombinasiyaları (shortcuts), gündəlik rutin işlərin tək kliklə yenilənməsi və s. kimi mövzularda özünüzdəki proqressi özünüz və ətrafınızda çalışan insanlar dərhal fərq edəcəkdir. Bütün videolar və üzərində işləyəcəyimiz Excel təlim faylı sizin maksimum rahatlığınız üçün tərtib olunmuşdur.Ümidvaram ki, burada öyrəndiyiniz bilikləri daha da irəli aparıb, sadəcə Excel ilə kifayətlənməzsiniz, çünki, unutmayın, Excel sadəcə bir başlanğıcdır, onun davamı mütləq gəlməlidir. Müasir dövrdə texnologiyanın inkişaf sürəti aylar deyil, günlərlə ölçülür və bu yolda geri qalmamaq üçün daim üzərimizdə işləməli, hər gün kiçik də olsa, yeni bir şey öyrənməliyik. Və unutmayın - mən sizə sadəcə yolu və bu yolda istifadə edə biləcəyiniz imkanları göstərəcəyəm. Yolun özünü siz özünüz keçəcəksiniz. Gələcək bütün işlərinizdə uğurlar arzu edirəm!